Advertisment

Azərbaycan və Aİ ikitərəfli münasibətlərin inkişafını müzakirə edib

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və Avropa İttifaqının (Aİ) Azərbaycandakı səfiri Mariyana Kuyundziç ikitərəfli əməkdaşlığın gələcək inkişafı ilə bağlı məsələləri müzakirə ediblər.

Herbiand.az xəbər verir ki, bu barədə Səməd Seyidov "X" hesabında yazıb.

"Biz Azərbaycan və Aİ arasında münasibətlərin inkişafı məsələlərinə dair konstruktiv fikir mübadiləsi apardıq, həmçinin siyasi, iqtisadi və regional təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsi imkanlarını müzakirə etdik", - o yazıb.