Avropa Komissiyasının Şərq Qonşuluğu və Türkiyə üzrə direktoru Adrien Kiraly və Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan rabitə tərəfdaşlığının başlanğıcını qoyan sənəd imzaladılar.
Ermənistanın daxili işlər naziri Arpine Sarkisyan və Avropa Sərhəd və Sahil Mühafizəsi Agentliyinin (Frontex) icraçı direktoru Hans Leytens də işçi müqaviləni parafladılar.
Herbiand.az erməni mıənbələrinə istinadən xəbər verir ki, İrəvanda keçirilən sammitdən sonra sənədlərin imzalanma mərasimində Ermənistanın Baş naziri Nikol Paşinyan, Avropa Şurasının prezidenti António Kosta və Avropa Komissiyasının prezidenti Ursula fon der Leyen iştirak edib.