Advertisment

“İran xalqına silah vermək lazımdır ki, küçələrə çıxıb inqilab etsinlər” - Senator

Amerikalı senator Lindsi Qrem ABŞ prezidenti Donald Tramp administrasiyasını İran xalqına inqilaba rəhbərlik etmək və hökuməti devirmək üçün silah verməyə çağırıb.

Herbiand.az bildirir ki, bu barədə Fox News məlumat yayıb.

Senator deyib ki, əgər prezident Tramp və İsrailin prezidenti olsaydı, İran xalqına silah verərdi ki, küçələrə silahlı çıxıb İran daxilində vəziyyəti dəyişə bilsinlər: “Bizə yerdə Amerika əsgərləri lazım deyil. Bizim artıq yerdə İranda milyonlarla əsgərimiz var. Sadəcə olaraq onların silahları yoxdur”.

Onun sözlərinə görə, rejimi məhv edə bilmələri üçün iranlılara silah vermək mütləqdir: “İkinci düzəlişin ruhuna uyğun olaraq bu qərar İrandakı müharibənin sona çatmasına böyük töhfə verəcək”.

Bəxtiyar CƏFƏRLİ