Ukrayna Prezidenti Vladimir Zelenski 1500 kilometrdən çox məsafədə olan Çeboksarıdakı Rusiya zavoduna endirilən zərbəni təsdiqlədi.
Herbiand.az xəbər verir ki, Ukrayna lideri bu zərbənin qanadlı raketlə endirildiyini bildirib.
Zelenski qeyd edib: "Dünən gecə Silahlı Qüvvələrin Çeboksarıdakı hərbi-sənaye obyektləri də daxil olmaqla bir neçə düşmən hədəfinə qarşı "Dərin Zərbə" Əməliyyatının bir hissəsi olaraq F-5 "Flamingo" qanadlı raketləri buraxılıb".