ABŞ ordusunun birinci çoxsahəli əməliyyat qrupu Filippində keçirilən təlimlər zamanı yeni Typhon mobil buraxılış qurğusundan istifadə edib.
Herbiand.az bildirir ki, ABŞ qüvvələri Filippin ordusunun artilleriya alayının üzvləri ilə birlikdə yerüstü buraxılış qurğusundan Tomahawk qanadlı raketini sınaqdan keçiriblər.
Filippinin mərkəzi hissəsindən buraxılan raket 995 kilometr uçub və hədəfə uğurla dəyib. Tomahawk 61 dəqiqə havada qalıb.
Tomahawk buraxılışı təlimin bir hissəsi olaraq tapşırıqları yerinə yetirən quru qoşunlarına dəstək məqsədilə həyata keçirilib.
Bəxtiyar CƏFƏRLİ