Türkiyənin FNSS hərbi texnika istehsalçısı və Çexiyanın CSG sursat təchizatçısı Avropa və beynəlxalq bazarlar üçün zirehli platformaların birgə hazırlanması və istehsalı üçün tərəfdaşlıq elan ediblər.
Herbiand.az bildirir ki, bu barədə Daily Sabah qəzeti yazıb.
Hər iki şirkət 12-14 may tarixlərində Bratislavada keçirilən IDEB 2026 müdafiə sərgisində ilk dəfə CFL-120 “Karpat” orta tankını təqdim ediblər.
FNSS şirkətindən bildirilib ki, Kaplan MT platformasına əsaslanan yeni nəsil orta tankın əsas döyüş tankı səviyyəli atəş gücünü təmin etmək, eyni zamanda əməliyyat çevikliyini artırmaq və logistika xərclərini azaltmaq üçün nəzərdə tutulub.
Bratislavada keçirilən müdafiə sərgisində təqdim olunan tank CSG-nin Slovakiyadakı sənaye bazasında istehsal olunacaq. Müqavilələrə texnologiyanın ötürülməsi və yerli təchizatçıların iştirakı da daxildir.
Bəxtiyar CƏFƏRLİ