Advertisment

Ukrayna peyk şəbəkəsi yaradlr

Ukrayna öz peyk şəbəkəsini yaratmaq üçün hazırlıqlara başlayıb.

Herbiand.az xəbər verir ki, bu barədə layihənin əsas icracısı “Fire Point” şirkətinin həmtəsisçisi və baş meniceri Denis Ştilierman Financial Times qəzetinə bildirib.

Onun sözlərinə görə, ilk iki peyk artıq orbitdədir. 2027-ci ilə qədər kosmosa daha çox "onlarla" peyk buraxmağı planlaşdırırlar ki, bu da Ukraynanın ABŞ və özəl Qərb korporasiyalarından asılılığını azaldacaq.

Qeyd olunur ki, Ukrayna texnologiyalarının sürətli inkişafına təkan verən səbəb ötən il Donald Tramp və Vladimir Zelenski arasında Ağ Evədə baş verən münaqişə olub. Həmin vaxt Vaşinqton bir həftə ərzində Kiyevə kəşfiyyat məlumatlarının ötürülməsini bloklayıb.

Vurğulanan digər bir motivasiya gözləniləndən daha az etibarlı olduğu ortaya çıxan “Starlink” sistemidir. Məlum olub ki, Moskva Maskın şəbəkəsindən istifadə etməyi öyrənib və onu Ukrayna hədəflərini ovlayan dronları üçün naviqasiya vasitəsinə çevirib.

Ştilierman həmçinin bildirib ki, Avropa hökumətləri və müdafiə qrupları onun şirkətinin Qərb modellərindən xeyli ucuz olan dron və raketlərini almağı və birgə istehsal etməyi düşünürlər.

"Silahlarımızın arxasındakı ideya ondan ibarətdir ki, biz təkcə silah və təkcə təhlükəsizlik deyil, həm də təhlükəsizlik sektorunda müstəqillik satırıq" – deyə Ştilierman vurğulayıb.