Advertisment

Şoyqu: Donetsk ərazisinin 15%-dən bir qədər çoxu Ukrayna ordusunun nəzarətindədir

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Luqansk Xalq Respublikasının (Ukraynanın Luqansk vilayəti – red.) ərazisinin tamamilə azad edildiyini, Donetsk Xalq Respublikasının (Ukraynanın Donetsk vilayəti – red.) ərazisinin isə 15%-dən bir qədər çoxunun Ukrayna Silahlı Qüvvələrinin nəzarəti altında qaldığını bildirib.

Herbiand.az xəbər verir ki, bu bəyanat Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv dövlətlərin Təhlükəsizlik Şurası katiblərinin Bişkekdə keçirilən iclasında verilib.

Şoyqu deyib ki, Luqanskın ərazisi tamamilə azad edilib, Donetskin ərazisinin isə 15%-dən bir qədər çoxu Ukraynanın nəzarətindədir.

Bəxtiyar CƏFƏRLİ