Rüşvətxorluq və çirkli pulların yuyulmasında ittiham olunan Moskva vilayətinin keçmiş birinci müavini İlya Bronşteyn Rusiya Müdafiə Nazirliyi ilə müqavilə imzalayıb. O, Ukraynada xüsusi hərbi əməliyyat zonasında döyüş tapşırıqlarını yerinə yetirir.
Herbiand.az-ın verdiyi xəbərə görə, bu barədə vəziyyətlə tanış olan mənbə TASS-a bildirib.
Mənbə qeyd edib ki, iş üzrə daha üç təqsirləndirilən şəxs də Bronşteynlə birlikdə xüsusi hərbi əməliyyat zonasına gediblər.
Bəxtiyar CƏFƏRLİ