Advertisment

Rusiya sualtı dron üzrə dizayn mühəndisləri hazırlayacaq

Rusiyada yeni mülki peşə - sualtı dron dizayn mühəndisi yaradılacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Sankt-Peterburq Dövlət Dəniz Texniki Universitetinin tədqiqat üzrə prorektoru Denis Kuznetsov RİA Novosti agentliyinə bildirib.

O, vurğulayıb ki, yeni nəsil pilotsuz sistemlər ölkənin mülki sualtı infrastrukturunun qorunması üçün əsas təşkil edəcək: “Xüsusilə, bu, körpü dayaqlarının, qaz və neft boru kəmərlərinin və telekommunikasiya xətlərinin qorunmasına aiddir. Robotlar sualtı yoxlama və terror təhdidlərinin qarşısının alınması üçün də istifadə olunacaq”.

Universitetin Tədris və Metodiki şöbəsinin müdiri Natalya Muxanova isə bildirib ki, yeni təhsil proqramlarının hazırlanması Rusiyanın yeni ali təhsil modelinə keçidi və mühəndis hazırlığı üçün çevik təhsil yollarının yaradılması ilə birbaşa bağlıdır: “Tələbələr əsas təlim mərhələsini başa vurduqdan sonra təhsil yollarını və müddətlərini seçə biləcəklər. Yeni təlim modelinin müddəti seçilmiş ixtisasdan asılı olaraq dəyişəcək. Məsələn, dizayn mühəndisi üçün təlim 5 il, texnoloq mühəndis üçün isə 6 il çəkə bilər”.

Bəxtiyar CƏFƏRLİ