Advertisment

Avstraliya Norveçlə NSM raketlərinin istehsalını lokallaşdırmaq barədə razılığa gəlib

Avstraliya hökuməti Norveçlə yeni raket əməkdaşlığı müqaviləsi imzalayıb.

Herbiand.az bildirir ki, razılaşmaya əsasən, Avstraliya Norveçin Konsberg şirkəti tərəfindən hazırlanmış NSM gəmi əleyhinə raketlərin istehsalını lokallaşdırmaq üçün 850 milyon dollara qədər investisiya qoymaq niyyətindədir.

Bu qədər investisiya Avstraliyaya NSM raketlərini yerli olaraq istehsal etməyə və xidmət göstərməyə, eləcə də bu sursatların əsas komponentləri ilə işləməyə imkan verəcək.

Avstraliya hökumətinin planlarına 2027-ci ilin əvvəlində Avstraliya Silahlı Qüvvələri və tərəfdaş ölkələr üçün Nyukaslda NSM raketləri istehsal edə biləcək yeni müəssisənin tikintisi daxildir.

Bəxtiyar CƏFƏRLİ