Advertisment

Şoyqu "Sarmat" raketini Rusiya elminin böyük qələbəsi adlandırıb

Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu "Sarmat" qlobal mənzilli raketini Rusiya elmi, sənayesi və dizaynerləri üçün əhəmiyyətli bir nailiyyət adlandırıb.

Herbiand.az bildirir ki, Şoyqu bu açıqlamanı Şanxay Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin Təhlükəsizlik Şurası katiblərinin Bişkekdə keçirilən iclasından sonra jurnalistlərə deyib.

O, "Sarmat" sisteminin sınaqları ilə bağlı suala cavab verərkən qeyd edib ki, bu, raket mühəndisliyi sahəsində çox, çox böyük və ciddi bir layihədir: “Belə xüsusiyyətlərə malik bu cür qlobal mənzilli raketin hazırlanması elmimiz, sənayemiz və dizaynerlərimiz üçün böyük bir qələbədir".

Bəxtiyar CƏFƏRLİ