Advertisment

Qardabanidə baş verən yol qəzasında həyatını itirənlərin sayı 7-yə çatıb

Gürcüstanın Qardabani bələdiyyəsinin Birlik kəndi ərazisində, Qardabani-Rustavi mərkəzi yolunda baş verən yol qəzası nəticəsində ölənlərin sayı 7 nəfərə çatıb.

Herbiand.az xəbər verir ki, idarəetməni itirən “BMW X5” markalı avtomobil əvvəlcə yolkənarında olan iki gənci vurub, sonra ağaca çırpılıb. Bu zaman avtomobildə olan 6 nəfərdən 5-i hadisə yerində dünyasını dəyişib, 1-i xəstəxanaya aparılıb.