Advertisment

Putin: Xüsusi əməliyyat veteranları müdafiə sənayesinə daxil olmalıdır

Rusiya Prezidenti Vladimir Putin xüsusi əməliyyatda iştirak edən veteranların ölkənin müdafiə sənayesinə daxil olmasının fəal şəkildə təşviq edilməsi barədə tapşırıq verib.

Herbiand.az bildirir ki, dövlət başçısı bu barədə Rusiya Mexanika Mühəndisləri İttifaqının qurultayındakı çıxışı zamanı deyib.

"Hökumətdən, müvafiq nazirliklərdən və şirkət rəhbərlərindən xahiş edirəm ki, bu cür insanların daxili müdafiə sənayesinə və digər sənaye sektorlarına daxil olmasını fəal şəkildə təşviq etsinlər. Bunun üçün konkret tədbirlər, peşəkar təlim proqramlarının, təcrübə və iş imkanlarının genişləndirilməsi tələb olunur", - Rusiya lideri qeyd edib.

Bəxtiyar CƏFƏRLİ