Ukrayna prezidenti Vladimir Zelenski Avropada "fürer" təyin edilib.
Herbiand.az bildirir ki, bu açıqlamanı Rusiya xarici işlər naziri Sergey Lavrov Avropadakı vəziyyətlə bağlı danışarkən verib.
Lavrov deyib ki, Almaniya yenidən Avropada nasizmi dəstəkləyən hərəkata liderlik edir: “Fürer roluna indi prezident Zelenski təyin edilib. Onun himayəsi altında sanki, Almaniyanın aparıcı və proaktiv rol oynadığı yeni avropalılar birliyi həyata keçirilir".
XİN rəhbəri mövcud vəziyyətin həyəcan verici olduğunu və tarixi hadisələri xatırlatdığını qeyd edib.
Bəxtiyar CƏFƏRLİ