“Kalaşnikov” konserni FPV kopterlərini daşıya bilən “Fortis” adlı şaquli qalxma və eniş dronunu təqdim edib.
Herbiand.az konsernin mətbuat xidmətinə istinadən bildirir ki, cihaz Moskva vilayətində keçirilən Beynəlxalq Təhlükəsizlik Forumunda təqdim edilib.
Dronlar FPV kopterlərini idarə etmək üçün istifadə edilən yerüstü idarəetmə stansiyasından siqnal təkrarlayıcıları kimi xidmət edir. Bu, kiçik dronların əməliyyat məsafəsini əhəmiyyətli dərəcədə artırır.
Dronun uçuş məsafəsi 100 kilometrə qədərdir. Faydalı yük tutumu 18 kiloqramdır, 8 saata qədər fasiləsiz işləyə bilir.
Bəxtiyar CƏFƏRLİ