Advertisment

“Oğlum ölməyib, əsirlikdədir” - Hərbçinin atasından Paşinyana şikayət

Mən müharibə veteranıyam. 2020-ci ildə mənə cəsəd verildi, amma məlum oldu ki, oğlum Aram Yelinyan ölməyib, əsirlikdədir.

Herbiand.az erməni mətbuatına istinadən bildirir ki, bu barədə əsir götürülmüş hərbçinin atası Kotayksk bölgəsinin Çarentsavan şəhərində seçki kampaniyası zamanı səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyana məlumat verib.

Hərbçinin atası Paşinyana bunu sübut edən video göstərib. O bildirib ki, 2022-ci ildə İstintaq Komitəsinə şikayət ərizəsi verib, lakin şikayət rədd edilib.

Paşinyan köməkçilərinə məlumatı yoxlamağı tapşırıb.

Bəxtiyar CƏFƏRLİ