Advertisment

ABŞ Ukraynadakı müharibəyə son qoymaq üçün hərəkətə keçməyə hazırdır – Rubio

ABŞ real nəticə əldə etmək üçün fürsət görərsə, Ukrayna və Rusiya arasında danışıqlarda iştirakını bərpa etməyə hazırdır.

Herbiand.az "The Guardian" qəzetinə istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio bunu Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşdən sonra keçirilən brifinqdə bildirib.

"Biz sülh müqaviləsi istəyirik. Müharibənin bitməsini istəyirik. Müharibəyə son qoymaq üçün əlimizdən gələn hər hansı bir konstruktiv rol oynamağa hazırıq və bu, həm Rusiyanın, həm də Ukraynanın razılaşa biləcəyi bir şey tələb edəcək".

Rubio ABŞ-ın bu istiqamətdəki əvvəlki səylərinin uğursuz olmasından təəssüflənib.

"Əgər şərtlər və amillər bunu mümkün edən şəkildə dəyişibsə, biz hərəkətə keçməyə hazırıq. Prezident hər gün bu məqsədə sadiqdir. Bunu dəyişdirməyin bir yolunu tapsaq, tapacağıq", - dövlət katibi qeyd edib.