Advertisment

Hörmüz boğazında daha bir tankerin dronla vuruldu

Hörmüz boğazında daha bir neft tankeri pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb.

Bu barədə Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları (UKMTO) məlumat yayıb.

Məlumata əsasən, insident tanker Hörmüz boğazından çıxarkən baş verib. Dronun zərbəsi nəticəsində gəmi yüngül zədələnib.

Hadisə zamanı ekipaj üzvlərindən heç biri xəsarət almayıb və ölən olmayıb.

Qeyd edək ki, son dövrlərdə Hörmüz boğazında kommersiya gəmilərinə qarşı bir sıra insidentlər qeydə alınıb. Bundan əvvəl Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) neft şirkətinə məxsus tankerlərdən bəziləri də dron hücumlarının hədəfinə çevrilib. BƏƏ həmin insidentlərə görə İranı məsul tutub.