Rusiya ordusunun Donetsk vilayətinin Kramatorsk şəhərinə endirdiyi hava zərbəsi nəticəsində çoxmərtəbəli yaşayış binasının birinci-altıncı mərtəbələri çöküb.
Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Rusiya ordusunun hava bombası ilə həyata keçirdiyi zərbə nəticəsində binaya ciddi ziyan dəyib. Onun sözlərinə görə, hadisə zamanı bir nəfər həlak olub, 16 nəfər yaralanıb.
Zelenski Telegram kanalında qeyd edib ki, Ukraynanın xilasetmə xidmətlərinin əməkdaşları gecə saatlarından etibarən Rusiya hücumlarına məruz qalan ərazilərdə fəaliyyət göstərirlər.
Ukrayna prezidentinin sözlərinə görə, Rusiya qüvvələrinin Sumı vilayətinin Stepanovka kəndinə endirdiyi zərbə nəticəsində isə yaşayış evinə bomba düşüb. Hücum zamanı, o cümlədən bir uşağın da olduğu iki nəfər həlak olub.
Zelenski həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verib.