Azərbaycanda avqustun 11-nə gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Herbiand.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin gündüz bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 22-25°, gündüz 28-33° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 757 millimetr civə sütunu, nisbi rütubət gecə 70-75, gündüz 40-45 faiz təşkil edəcək.
Azərbaycanın şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntıların güclənəcəyi proqnozlaşdırılır. Gecə və səhər bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 22-26°, gündüz 32-36° isti, dağlarda gecə 14-19°, gündüz 21-26° isti olacağı bildirilir.