Leypsiq-Halle hava limanında partlayıcı maddə ilə təchiz edilmiş dronun aşkarlanmasından sonra Almaniyada hava limanlarının təhlükəsizliyinin gücləndirilməsi məsələsi gündəmin əsas mövzularından birinə çevrilib.
Herbiand.az xəbər verir ki, “Tagesschau” xəbər xidmətinin məlumatında nəqliyyat naziri Şteffen Bilgerin hava limanlarında dronların vaxtında aşkarlanması və zərərsizləşdirilməsi imkanlarının sürətlə genişləndirilməsini tələb etdiyi bildirilib. Onun sözlərinə görə, Frankfurt və Münxen hava limanları artıq daha yaxşı təchiz olunub, digər hava limanlarında isə müvafiq sistemlərin qurulması sürətləndirilməlidir.
Şlezviq-Holştayn əyalətinin Baş naziri Daniel Günter isə dron təhlükəsi fonunda Bundesverin ölkə daxilində də istifadəsinə imkan verilməsi üçün Konstitusiyaya dəyişiklik olunmasının müzakirəyə çıxarılmasını təklif edib. O, daxili və xarici təhlükəsizlik məsələlərində federal və əyalət qurumları arasında əməkdaşlığın gücləndirilməsini vacib hesab edib.
Qeyd edək ki, daxili işlər naziri Aleksander Dobrindtin federal polisin dronlarla mübarizə bölməsinin tərkibinin ikiqat artırılmasının planlaşdırıldığını bildirib. Leypsiq-Halle hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında dron aşkarlanıb.