Advertisment

Cəbrayılın Şükürbəyli və Horovlu kəndlərinə daha 18 ailə yola salınıb

Cəbrayıl rayonunun Şükürbəyli və Horovlu kəndlərinə ümumilikdə daha 18 ailə yola salınıb.

Bu mərhələdə Şükürbəyli kəndinə 15 (86 nəfər), Horovlu kəndinə isə 3 ailənin (12 nəfər) daimi qayıdışı təmin olunub.

Köç edənlər ölkənin müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.