Advertisment

Əməkdar jurnalist Nurani vəfat edib

Əməkdar jurnalist Tofiqəxanım Qasımova (Nurani) uzun sürən xəstəlikdən sonra bu gecə vəfat edib.

Herbiand.az bildirir ki, bu barədə “Minval Politika”nın baş redaktoru Emil Mustafayev məlumat verib.

O bildirib ki, vida mərasimi bu gün 12:00-da Təzə Pir məscidində keçiriləcək.

Nuraninin nəşi 13:00-da "Yasamal" qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, o, onkoloji xəstəlikdən əziyyət çəkirdi.