Əraqçi bu barədə Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdürrəhman Al Tani ilə danışıqlardan sonra “X” sosial şəbəkəsində paylaşım edib.
“Diplomatiyanı düzgün məcraya qaytarmaq mümkündür. Hər şey ABŞ-nin sadə bir faktı anlamasından asılıdır: təzyiq nəticə vermir”, – deyə Əraqçi yazıb.
O bildirib ki, ABŞ etimad yaratmalı, qarşı tərəflə hörmət əsasında danışmalı, İranın hüquqlarını tanımalı və üzərinə götürdüyü öhdəliklərə əməl etməlidir.
Əraqçi Qətərin Baş naziri və xarici işlər naziri ilə görüşünü isə “konstruktiv və yaradıcı müzakirələr” kimi xarakterizə edib.