Bakıda təşkil olunan dünya çempionatında Azərbaycan cüdoçusu Əhməd Yusifov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Herbiand.az-ın məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan təmsilçimiz həlledici görüşdə qazaxıstanlı rəqibi Şerzod Davlatova qalib gələrək qızıl medala sahib çıxıb.
Bu zəfərlə dünya çempionu adını qazanan Yusifov, həm də milli komandamızın aktivinə yarışdakı ilk medalı yazdırıb.