Advertisment

“Kalaşnikov” sifarişçiyə “Granit BR5” zirehli panelləri çatdırıb

“Texinkom” Tədqiqat-istehsal firması (“Kalaşnikov” konserninin bir hissəsi) kommersiya xəttindən əsas müştərisinə “Granit BR5” zirehli panellərin partiyasını göndərib.

Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat verib.

Br4 və Br5 mühafizə siniflərinə malik keramika-kompozit zirehli panellər “Texinkom” tərəfindən özünün çoxmərhələli qəlibləmə texnologiyasından istifadə etməklə istehsal olunur.

Zirehli panellər 10 metr məsafədən 7.62x54 mm-lik mərmilərlə (PP və B-32 güllələri) sınaqdan keçirilib.

Bəxtiyar CƏFƏRLİ