Qonşu ölkələrdən birindən İrana böyük həcmdə dollar əskinasları gətirilib.
Herbiand.az -ın məlumatına görə, “Fars” xəbər agentliyi valyuta təklifinin artırılması siyasəti çərçivəsində qonşu ölkələrdən birindən İrana böyük həcmdə ABŞ dollarının gətirildiyini açıqlayıb.
Məlumata görə, İran Mərkəzi Bankının rəhbəri bundan əvvəl ölkədəki bütün müraciət edənlərə satılmaq üçün ümumilikdə 2 milyard dollar valyuta ayrıldığını, hər bir müraciətçinin isə maksimum 10 min dollar ala biləcəyini bildirmişdi. Sonradan bu məbləğin 3 milyard dollara çatdırıldığı açıqlanmışdı.
Agentlik qeyd edib ki, İran Mərkəzi Bankının valyuta ehtiyatları rəsmilərin açıqlamalarına əsasən, qənaətbəxş vəziyyətdədir. Valyutanın bazara davamlı şəkildə çıxarılmasının dolların məzənnəsinin aşağı düşməsinə şərait yaradacağı gözlənilir.