Advertisment

Baltik donanmasının dənizçiləri təhlükəsizliklə bağlı təlimlərə başlayıblar

Baltik donanmasında hərbi qulluqçuların gündəlik fəaliyyətlərində təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş hərtərəfli praktiki təlimlər başlayıb.

Herbiand.az Rusiya Müdafiə Nazirliyinə istinadən bildirir ki, dərslər şəxsi heyətin hazırlığının mühüm hissəsidir və xidməti vəzifələrin icrası zamanı təhlükəsizlik səviyyəsini artırmaq, riskləri minimuma endirmək məqsədi ilə keçirilir.

Nazirlik qeyd edib ki, məşğələlərin əsas məqsədi hərbi qulluqçulara, xüsusilə yeni çağırışçılara xidməti vəzifələrinin yerinə yetirilməsinin təhlükəsiz texnika və üsullarına öyrətməkdir: “Silah və hərbi texnikaya qulluq zamanı bədbəxt hadisələrin qarşısının alınmasına xüsusi diqqət yetirilir”.

Bəxtiyar CƏFƏRLİ