Advertisment

ABŞ donanması daha bir gəmini istismardan çıxarıb

ABŞ Hərbi Dəniz Qüvvələri son iki həftə ərzində dörd gəmini istismardan çıxarıb.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, növbəti gəmi “Germantown” desant-helikopter dok gəmisidir.

Gəminin istismardan çıxarılması mərasimi 24 sentyabrda San Dieqo Hərbi Dəniz Bazasında baş tutub. Gəmi 1986-cı ilin fevral ayında istismara verilib.

O, xidmət müddətində ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyadaları Korpusunun amfibiya əməliyyatlarını dəstəkləyib. Həmçinin, "Səhra qalxanı" və "Səhra fırtınası" əməliyyatlarında, eləcə də "İraq azadlığı" və "Davamlı azadlıq" əməliyyatlarında iştirak edib.

Bəxtiyar CƏFƏRLİ