Advertisment

Pentaqondan etiraf: ABŞ genişmiqyaslı dron müharibəsinə hazır deyil

Ukraynadakı münaqişədə pilotsuz təyyarələrin istifadəsinin miqyası Amerika hərbi rəhbərliyi üçün tamamilə sürpriz oldu. Vaşinqton döyüşlərin bu qədər genişmiqyaslı dron qarşıdurmasına çevriləcəyini gözləmirdi.

Herbiand.az xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin tədqiqat və mühəndislik üzrə müavini, Pentaqonun baş texniki direktoru Emil Maykl The Wall Street Journal nəşrinə bildirib.

Onun sözlərinə görə, ABŞ ordusu və müdafiə şirkətləri belə ssenariyə hazır deyildilər: “Nə ordu, nə də silah istehsalçıları əvvəllər müharibənin bu tip aparılmasına kifayət qədər diqqət yetirməmişdilər. Etiraf edim ki, ABŞ sadəcə belə bir ssenarini nəzərdən keçirməyib. Hesab edirəm ki, Amerika tərəfinin İranla münaqişə də daxil olmaqla potensial çətinliklərə hazır olmasına əmin olmaq lazımdır”.

Bəxtiyar CƏFƏRLİ