Rusiya ordusu Ukraynanın enerji, logistika və liman infrastruktur obyektlərinə zərbələr endirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Dnepropetrovskda Ukrayna hərbi-sənaye kompleksi obyektlərini təchiz edən elektrik yarımstansiyasına zərbə endirilib.
"Dnepropetrovsk vilayətindəki Dneprodzerjinsk dəmir yolu stansiyası yaxınlığında iki lokomotivə hücum edilib. Odessa vilayətindəki İzmail limanında Ukrayna Silahlı Qüvvələri üçün hərbi texnikanın çatdırılmasında iştirak edən liman infrastruktur obyektlərinə zərbələr endirilib.
Qara dənizdə, Odessanın cənub-qərbində quru yük daşıyan gəmiyə hücum edilib", - Rusiya MN-nin məlumatında qeyd olunub.
APA