Advertisment

Dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin anım günüdür

Bu gün Azərbaycan professional musiqi sənətinin banisi, dahi bəstəkar, dramaturq və ictimai xadim Üzeyir bəy Əbdülhüseyn bəy oğlu Hacıbəylinin vəfatından 78 il ötür.

Hebriand.az xatırladır ki, Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Ağcabədidə anadan olub, 1948-ci il noyabrın 23-də Bakıda vəfat edib.

O, Azərbaycan musiqi mədəniyyətinin inkişafında müstəsna rol oynayıb və Şərqdə ilk operanın – «Leyli və Məcnun»un müəllifi kimi tarixə düşüb.

Bəstəkarın «Koroğlu» operası, «Arşın mal alan» və «O olmasın, bu olsun» musiqili komediyaları milli musiqi sənətimizin nadir inciləri sırasındadır.

Üzeyir bəy Azərbaycan musiqisində yeni bir mərhələnin əsasını qoyaraq milli musiqi ənənələrini Avropa klassik musiqi formaları ilə ustalıqla uzlaşdırıb.

O, həmçinin Azərbaycan SSR himninin və müstəqil Azərbaycanın Dövlət Himninin musiqisinin müəllifidir.

Görkəmli bəstəkarın pedaqoji fəaliyyəti nəticəsində Qara Qarayev, Fikrət Əmirov, Tofiq Quliyev, Cövdət Hacıyev və digər tanınmış sənətkarlar yetişib.

Üzeyir Hacıbəylinin zəngin yaradıcılıq irsi, milli mədəniyyətimizə verdiyi töhfələr və əbədiyaşar əsərləri bu gün də xalqımız tərəfindən böyük ehtiramla yad edilir.

Aydın

Herbiand.az