Advertisment

Medvedev yenə XHƏ-nin başlama səbəbləri barədə danışıb

Ukraynadan birbaşa hərbi əməliyyat təhdidi, eləcə də Kiyevin ölkənin şərq bölgələrinin sakinlərinə qarşı soyqırımı xüsusi hərbi əməliyyatın (XHƏ) aparılması üçün əsas oldu.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev elmi məqaləsində yazıb.

Medvedev məqaləsində İran ətrafındakı münaqişənin mahiyyətini xüsusi olaraq araşdırıb. O, ABŞ və İsrailin İrana qarşı hərəkətlərini mövcud beynəlxalq normaların və əvvəllər əldə edilmiş razılaşmaların pozulması kimi qiymətləndirib.

Bu fonda o, bu cür hərəkətlərlə Rusiyanın xüsusi hərbi əməliyyat çərçivəsində qabaqlayıcı tədbirləri arasındakı fərqi vurğulayıb. Medvedevin sözlərinə görə, Rusiya BMT Nizamnaməsinin dövlətin özünümüdafiə hüququnu təsbit edən 51-ci maddəsinə uyğun hərəkət edib.

Təhlükəsizlik Şurasının sədr müavini yazıb ki, əməliyyatın birbaşa əsası 2019-cu ildə NATO-ya tam üzvlük üçün strateji kurs elan edən və 2020-ci ildə genişləndirilmiş imkanlar tərəfdaşı statusu alan Ukraynanın birbaşa hərbi əməliyyat təhdidi, eləcə də şərq bölgələrinin əhalisinə qarşı soyqırım idi.

Bəxtiyar CƏFƏRLİ