Noyabrın 23-də Moskvanın mərkəzində bir sıra avtomobil yollarında nəqliyyatın hərəkəti müvəqqəti dayandırılıb.
Herbiand.az xəbər verir ki, bu barədə paytaxtın Nəqliyyat Departamentinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, sürücülər Böyük Daş Körpüsü, Kreml sahili və Moskvoretsk sahili ilə hərəkət edə bilməyəcəklər.
Hərəkətin məhdudlaşdırılması ilə bağlı sürücülərə rəsmi Telegram kanalı vasitəsilə xəbərdarlıq edilib.
Bundan əvvəl güclü qar yağışı və çovğunla əlaqədar moskvalılara iki gün ərzində şəxsi avtomobillərdən istifadə etməmək tövsiyə olunub.
Nəqliyyat Departamenti avtomobillə yola çıxmaq məcburiyyətində qalan sürücülərə kəskin manevrlərdən çəkinməyi, sürəti azaltmağı və avtomobillər arasında təhlükəsiz məsafə saxlamağı məsləhət görüb.
Həmçinin piyada keçidlərinə yaxınlaşarkən əvvəlcədən əyləci basmaq, enişlərdə, yoxuşlarda və estakadalarda xüsusi diqqətli olmaq tövsiyə edilib.
Aydın
Herbiand.az