Türkiyənin Eskişehir vilayətində hərbi helikopterin qəzaya uğraması nəticəsində 5 hərbçi şəhid olub.
Herbiand.az xəbər verir ki, Türkiyənin Milli Müdafiə Nazirliyinin məlumatına görə, Hərbi Hava Qüvvələrinə məxsus AS-532 tipli helikopter təlim məqsədilə Eskişehirdən havaya qalxdıqdan sonra qəzaya uğrayıb.
Hadisə vilayətin Tepebaşı rayonunun Yörükakçayır məhəlləsi yaxınlığındakı kənd ərazisində baş verib.
Nazirlik helikopterin qalıqlarının aşkarlandığını və qəza nəticəsində göyərtədəki 5 hərbçinin şəhid olduğunu açıqlayıb.
Hadisə yerinə yanğınsöndürmə, təcili tibbi yardım, polis və Fövqəladə Halların İdarə Olunması İdarəsinin (AFAD) əməkdaşları cəlb edilib.
Qəzanın başvermə səbəbi hələlik məlum deyil. Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.