Rusiyada “saatlıq” nənə və babalara tələbat artır.
Herbiand.az bildirir ki, bu barədə İnsan Resursları üzrə mütəxəssis və karyera məsləhətçisi Zuliya Loikova deyib.
Mütəxəssisin sözlərinə görə, uşaqlarını bağçadan, məktəbdən götürməkdə və ya müəyyən müddət onlara baxmaqda köməyə ehtiyacı olan valideynlər həmin nənə və babaları işə götürür.
Loikova izah edib ki, hazırda bir çox şirkət təqaüd yaşına çatmış namizədləri işə götürməyə hazırdır. Tələbat xüsusən nəqliyyat, müştəri xidmətləri, pərakəndə satış, istehsal, təhsil və logistika sahələrində yüksəkdir.
Bəxtiyar CƏFƏRLİ