Rusiya “Pantsir” zenit-raket və top sistemləri üçün sursat istehsalını artırıb. Bir ildən az müddətdə yeni istehsal müəssisələri yaradılıb və artıq istehsalına başlayıb.
Herbiand.az bildirir ki, bu barədə “Rostex” Dövlət Korporasiyasının baş direktoru Sergey Çemezov açıqlayıb.
Onun sözlərinə görə, “Pantsir” raketlərinin dron və qanadlı raket hücumlarını dəf etməkdə yüksək effektivliyi həm sistemlərin özünə, həm də onların sursatlarına ciddi tələbat yaradır.
Bəxtiyar CƏFƏRLİ