“Sülh körpüsü” təşəbbüsü çərçivəsində bu il noyabrın 26–27-də Ermənistanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə geniştərkibli ikitərəfli dəyirmi masa müzakirəsi keçiriləcək.
Herbiand.az xəbər verir ki, görüşdə 2025-ci il avqustun 8-də Vaşinqton sammitində razılaşdırılmış sülh gündəliyi və Azərbaycan-Ermənistan münasibətlərinin möhkəmləndirilməsi istiqamətində təşəbbüslər müzakirə olunacaq.
Tərəflər iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılması, iqtisadi əməkdaşlıq, ticarət və nəqliyyat bağlantılarının inkişafı imkanlarını nəzərdən keçirəcəklər.
Həmçinin humanitar məsələlər, gənclər və təhsil sahəsində əməkdaşlıq, eləcə də vətəndaş cəmiyyəti nümayəndələri arasında uzunmüddətli əlaqələrin qurulması diqqət mərkəzində olacaq.