Advertisment

“Kalaşnikov” GP-34 qumbaraatanları üçün müqaviləni yerinə yetirib

“Kalaşnikov” konserni GP-34 lüləaltı qumbaraatanlarının istehsalı üçün dövlət müqaviləsini tamamlayıb.

Herbiand.az bildirir ki, bu barədə konsernin mətbuat xidməti məlumat verib.

2026-cı il üzrə müqavilə vaxtında tamamlanıb. Qeyd olunub ki, istehsalçı ötən il GP-34-ün rekord istehsal həcminə nail olub.

GP-34 415 millimetrlik lüləli bütün müasir “Kalaşnikov” avtomatlarına quraşdırıla bilər. O, düşmənin şəxsi heyətini və zirehsiz texnikasını 400 metrə qədər məsafədə vurmaq imkanına malikdir.

Bəxtiyar CƏFƏRLİ