Rusiya istehsalı olan “Dovator” yerüstü robot sistemi xüsusi hərbi əməliyyatlar zonasında sınaqdan keçirilib.
Herbiand.az xəbər verir ki, bu barədə “Drone Force Aero” şirkəti məlumat yayıb.
Şirkətdən bildirilib ki, robot sistemi döyüş sınaqları zamanı təchizat və sursat çatdırılmasında çox yaxşı nəticələr nümayiş etdirib: "Əsgərlər məhsulu müsbət qiymətləndirirlər və onun sadə dizaynını qeyd edirlər".
Robotun faydalı yük çəkisi 170 kiloqrama qədərdir. Onun rabitə məsafəsi 30 kilometrə qədərdir. Təkər bazası alətlər olmadan 5-10 dəqiqə ərzində dəyişdirilə bilər. Robot fiber optik vasitəsilə idarə oluna bilər.
Bəxtiyar CƏFƏRLİ