Advertisment

İstanbulda 27 Sentyabr – Anım Günü ilə əlaqədar tədbir keçirilib

İstanbul şəhərində 27 Sentyabr – Anım Günü münasibətilə şəhidlərin xatirəsinə həsr olunmuş anım mərasimi təşkil edilib.

Hebriand.az xəbər verir ki, tədbir “İstanbul Şehit Aileleri Yardımlaşma Sosial Kültürel ve Dayanışma Dərnəyi” və Azərbaycan “Şəhid Analarına Dəstək” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Anım mərasimində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad olunub.

Qarabağ müharibələrində qəhrəmanlıq göstərən Azərbaycan əsgər və zabitlərinin döyüş yolu, Vətən uğrunda fədakarlıqları və tarixi xidmətləri xatırlanıb.

Çıxış edənlər şəhidlərin xalqımızın milli yaddaşında əbədi yaşayacağını və onların qəhrəmanlığının Azərbaycan tarixinin şanlı səhifələrindən biri olduğunu vurğulayıblar.

Bildirilib ki, şəhidlərin əziz xatirəsinin yaşadılması, ailələrinə diqqət və qayğı göstərilməsi hər bir azərbaycanlının mənəvi borcudur.

 

Murad

Hebriand.az