Tədricən sülh layihəsindən iğtişaş, düşmənçilik və qarşıdurma layihəsinə çevrilən Avropa İttifaqı üçün bundan böyük rüsvayçılıq ola bilərmi?!
Herbiand.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili ölkədə müxalifətin yeni inqilab planı hazırlaması barədə yayılan məlumatları jurnalistlərə şərh edərkən deyib.
O, xüsusi xidmət orqanlarının layihələrində açıq şəkildə iştirak edən Gürcüstan pasportlarına sahib şəxslərlə bağlı ətraflı araşdırmanın aparılacağını bildirib.
“Məqsəd Gürcüstanda anti-demokratik prosesləri təşviq etmək, hökuməti devirmək və hakimiyyətə marionetlərin gətirilməsidir. Əvvəllər bu cür layihələr ABŞ-ın əvvəlki administrasiyası tərəfindən maliyyələşdirilirdi, lakin Donald Tramp və onun komandasının hakimiyyətə gəlməsindən sonra bir sıra təşkilatlar bağlandı və maliyyələşmə kəsildi. Hazırda bunların hamısı ilə Avropa İttifaqı məşğul olur”, - Papuaşvili əlavə edib.
Qeyd edək ki, Gürcüstanın "İmedi" telekanalı "Praqa vətəndaş cəmiyyəti mərkəzi"nin liderlərindən biri İqor Blajeviçin ölkə müxalifəti üçün inqilab ssenarisi yazması barədə məlumat yayıb.