Rusiyanın Ukraynaya hücumda istifadə etdiyi Şimali Koreyanın KN-23 və KN-24 raketləri 50 illik metodlardan istifadə edilərək yaradılıb.
Herbiand.az bildirir ki, bu barədə Business Insider (BI) nəşri Ukrayna Müdafiə Nazirliyinə istinadən xəbər verir.
Qeyd olunur ki, analiz üçün Rusiyanın 2024-cü ilin əvvəlində Ukraynaya buraxdığı KN-23 və KN-24 raketləri götürülüb. Xüsusilə, hesabat göstərib ki, bu raketlər Rusiya analoqlarına bənzəsə də, daha az enerji sərf edən yanacaqdan və 50% daha böyük, lakin eyni mənzilə malik mühərriklərdən istifadə edir.
Nəşr xatırladır ki, Şimali Koreya ilk dəfə KN-23 raketini 2018-ci ildə hərbi parad zamanı təqdim edib. O, qismən Rusiyanın “İsgəndər-M” qısa mənzilli ballistik raketi ilə müqayisə edilib. Bir il sonra Amerika istehsalı olan ATACMS taktiki ballistik raketinə bəzi oxşarlıqları olan KN-24 raketi də təqdim edilib.
Bəxtiyar CƏFƏRLİ