Advertisment

Tu-22M3 raket daşıyıcıları Baltik dənizi üzərində patrul xidməti keçirib

Rusiyanın Tu-22M3 uzaqmənzilli bombardmançı təyyarələri Baltik dənizinin neytral suları üzərində planlaşdırılmış uçuş həyata keçirib.

Herbiand.az bildirir ki, Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti uçuşun 4 saatdan çox davam etdiyini qeyd edib.

Müdafiə Nazirliyi əlavə edib ki, bombardmançı təyyarələr Rusiya Aerokosmik Qüvvələrinin Su-35 qırıcı təyyarələri tərəfindən müşayiət olunub: “Uzaqmənzilli bombardmançı təyyarələrin marşrutları müəyyən mərhələlərdə xarici ölkələrin qırıcı təyyarələri tərəfindən müşayiət olunub”.

Nazirlik həmçinin qeyd edib ki, uzunmənzilli aviasiya heyətləri müntəzəm olaraq Arktika, Şimali Atlantika, Sakit okean, Baltik və Qara dənizlərin neytral suları üzərində uçur: “Bütün uçuşlar beynəlxalq hava məkanı qaydalarına ciddi şəkildə uyğun olaraq həyata keçirilir”.

Rəsmi məlumatlara görə, Rusiya Aerokosmik Qüvvələrinin ixtiyarında 100-ə qədər Tu-22M3 raket daşıyıcısı var.

Bəxtiyar CƏFƏRLİ