Advertisment

Ukrayna Dnestryanı ilə sərhədi minalayıb

Ukrayna Moldova ilə sərhədin Dnestryanı hissəsini minalayıb. Məqsəd orada yerləşən bəzi qoşunların cəbhəyə köçürülməsi üçün şərait yaratmaqdır.

Herbiand.az xəbər verir ki, bunu jurnalistlərə Moldovanın baş nazirinin reinteqrasiya üzrə müavini Valeri Kiver bildirib.

"Ukrayna, ehtimal ki, bu hissədə yerləşən bəzi qoşunları müharibənin daha aktiv bölgələrinə köçürə bilməsi üçün Dnestryanı bölgə ilə sərhədi minalamağa əl atıb", - baş nazirin müavini bildirib.

V.Kiver iddia edib ki, Dnestryanıdakı Rusiya Xüsusi Təyinatlı Qüvvələri həm Moldova, həm də Ukrayna üçün təhlükəsizlik təhdidi yaradır, baxmayaraq ki, onun hərbi potensialı məhduddur və təhlükəsizliyi gücləndirmək üçün təcili əlavə tədbirlər tələb edəcək qədər əhəmiyyətli deyil.

Bəxtiyar CƏFƏRLİ