Volqoqrad vilayətinin Leninsk şəhərində məhkəmə binasında təqsirləndirilən şəxs polis müşayiətindən qaçıb.
Herbiand.az bildirir ki, bu barədə V1 nəşri xəbər verib.
Nəşrin məlumatına görə, onun qaçışı videokameraya düşüb. O, məhkəmə binasından qaçaraq naməlum istiqamətə gedib. Polis əməkdaşı onu təqib edərək tezliklə tutub.
Nəşr bildirir ki, təqsirləndirilən şəxs xırda xuliqanlıq, sərxoşluq və nizamsızlıq ittihamları ilə məhkəməyə çıxıb. Bir anda hakimin qərarını gözləməmək qərarına gəlib və polisin əlindən qaça bilib.
Bəxtiyar CƏFƏRLİ