Rusiyanın Vladimir vilayətindən olan bir mexanik səhər vanna otağında böyük hörümçək gördükdən sonra lotereyada qalib gəlib.
Herbiand.az xəbər verir ki, bu barədə “Stoloto” şirkətinin mətbuat xidmətindən bildirilib.
““Hamısı və ya heç nə”” dövlət lotereyasının 171 453-cü tirajında 56 117 477 rubl məbləğində superpriz oynanılıb. Qalib Vladimir vilayətindən olan mexanik Yevgeni olub” - şirkətdən bildirilib.
Lotereya qaydalarına görə, baş mükafatı 24 rəqəmdən 12-sini tapan və ya heç birini tapmayan qazanır. Yevgeni rəqəmlərdən heç birini düzgün tapmayıb.
Böyük uduşundan əvvəlki gecə Yevgeni yuxuda qalib gəldiyini görüb, səhər isə vanna otağında böyük hörümçək görüb. Xalq məsəlinə görə, evdə böyük hörümçək pul gətirir. Yevgeni hesab edir ki, məhz bu hörümçək ona 56 milyon rubl qazanmağa kömək edib.
"İşarələrdən ilhamlanan Yevgeni həmin gün bir neçə bilet alıb və həmin axşam sonuncu dəfə daha birini alıb. Məhz sonuncu bilet Vladimir vilayətinin sakininə baş mükafatı qazandırıb", - “Stoloto”dan bildirilib.
Bəxtiyar CƏFƏRLİ