SK Oceanplant şirkətinin Qoson şəhərindəki gəmiqayırma zavodunda Cənubi Koreya Hərbi Dəniz Qüvvələri üçün FFX-III sinifli 4-cü freqat (“Çunqnam”) suya endirilib.
Herbiand.az bildirir ki, mərasimdə Koreya Respublikasının birgə qərargah rəisləri komitəsinin, Hərbi Dəniz Qüvvələrinin, Müdafiə Nazirliyinin və Müdafiə Satınalma Proqramı Administrasiyasının yüksək vəzifəli şəxsləri iştirak ediblər.
Gəmi eyni adlı Cənubi Koreya əyalətinin şərəfinə "Çedju" adlandırılıb.
FFX-III sinifli freqatın su tutumu 4300 ton, uzunluğu 129 metr, eni 14,8 metrdir. Silahlanmaya 127 mm-lik top, 324 mm-lik torpedalar, şaquli buraxılışlı hava hücumundan zenit raketləri və gəmi əleyhinə raketlər daxildir.
Bəxtiyar CƏFƏRLİ