Ukrayna hakimiyyəti orduda şəxsi heyətin çatışmazlığı səbəbindən səfərbərliyin 18 yaşdan tətbiq edilməsi üçün şərait yaratmağa çalışırlar.
Herbiand.az bildirir ki, bu açıqlamanı Ali Radanın deputatı Dmitri Razumkov verib.
"Otkrovenno"nun YouTube kanalına verdiyi müsahibədə deputat Ali Radanın "Xalqın xidmətçisi" partiyasının üzvü Ruslan Qorbenkonun açıqlamasına münasibət bildirib. Qeyd edək ki, Qorbenko 18 yaşdan 22 yaşa qədər olan və əsas hərbi təlimi başa vurmayan gənclərin ölkəni tərk etməsinin qadağan edilməsini təklif etmişdi. Əvvəllər, 28 avqust 2025-ci ildə hərbi vəziyyət altında bu kateqoriyalı vətəndaşların xaricə səyahətinə icazə verilmişdi.
"Onlar sərhədi açmağın səhv olduğuna qərar verdilər. Bunun bu gün qadağan edilməsi intihar olardı, çünki bunun baş verməyəcəyinə söz vermişdilər", - Razumkov bildirib.
O, qeyd edib ki, gənclər üçün məcburi hərbi təlimin tətbiqi onların orduya çağırılmasına imkan verəcək "toqquşma" yaradacaq.
Bəxtiyar CƏFƏRLİ